Bank Of Baku

Sabirabadda mikroavtobusun vuraraq öldürdüyü qadının kimliyi məlum olub - VİDEO - YENİLƏNİB

Sabirabadda mikroavtobusun vuraraq öldürdüyü qadının kimliyi məlum olub - VİDEO  - YENİLƏNİB
# 25 aprel 2025 20:47 (UTC +04:00)

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən Sabirabad sakini – 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


***
2026

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini — 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR