Bank Of Baku

Sabirabadda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB

Sabirabadda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB
# 26 iyun 2025 08:15 (UTC +04:00)

Sabirabadda baş vermiş qəzanın təfərrüatları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə, Sabirabad rayonunun Nizami kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil toqquşub.

Nəticədə "QAZ-24"-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.

***

07:33

Sabirabadda baş verən qəzada 3 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.

Belə ki, “QAZ 24” markalı avtomobilin digər yük avtomobili ilə toqquşması nəticəsində 3 nəfər kənd sakini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR