Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Həşimxanlı kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması nəticəsində 2 nəfər - Sabirabad rayonunun Axtaçı-Muğan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənli Şahmar Ziyad oğlu və digər şəxs xəsarətlər alıb.
Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün o, Şirvan xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.