Bank Of Baku

Şabranda avtomobil yanıb

Şabranda avtomobil yanıb
# 10 fevral 2023 10:07 (UTC +04:00)

Şabranda iki yanğın hadisəsi olub.

FHN-dən APA-ya verilən məlumata görə, Şabran rayonunun Şahnəzərli kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Şabran şəhərində ümumi sahəsi 48 m² (hər mərtəbəsi 24 m2) olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi qaraj, 2-ci mərtəbəsi avtomobil ehtiyat hissələrinin satışı mağazası) 2-ci mərtəbəsinin tavanı 3 m² sahədə və tavana quraşdırılan 1 ədəd müşahidə kamerası yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR