Bank Of Baku

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılb - FOTO - YENİLƏNİB

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın  məhdudlaşdırılb - FOTO  - YENİLƏNİB
# 02 iyul 2025 17:48 (UTC +04:00)

Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

16.05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR