Salyan sakinini avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yolu keçən kənd sakini, 1977-ci il təvəllüdlü Cavadov Fəxrəddin Zirəddin oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.