Bank Of Baku

Salyanda 137 ədəd yulğun kəsən şəxs saxlanılıb - FOTO

Salyanda 137 ədəd yulğun kəsən şəxs saxlanılıb - FOTO
# 14 mart 2025 15:57 (UTC +04:00)

Salyanda adı "Qırmızı kitab"da olan yulğun kollarını kəsən şəxs saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.
Araşdırmalarla adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR