Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Alçalı kəndi ərazisindən baş verib.
Alçalı kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynov Nəcəf Hüseynovu "Audi" markalı avtomobil vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.