Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
***
15.46
Salyanda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
"BMW" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər - Neftçala sakini 68 yaşlı Umudvar Məlikov ölüb, 4 nəfər - Neftçala rayon sakinləri - 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alaraq Salyan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.