Bank Of Baku

Şamaxıda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Şamaxıda avtomobil ağaca çırpılıb, sürücü ölüb
# 20 aprel 2025 00:34 (UTC +04:00)

Aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin Şirvan bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayev idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Şamaxı rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR