Şamaxıda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Əngəxaran kənd ərazisində qeydə alınıb. Hadisə nəticəsində “Hyundai” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Mənzərə Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.