Bank Of Baku

Samuxda çayda batan şəxslərin kimliyi müəyyən olunub - YENİLƏNİB

Samuxda çayda batan şəxslərin kimliyi müəyyən olunub - YENİLƏNİB
# 19 fevral 2025 21:26 (UTC +04:00)

Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.

Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.

***

21:03

Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar.

Onların meytlərinin tapılması üçün axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR