Bank Of Baku

Samuxda qəzada sabiq polis əməkdaşı ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO

Samuxda qəzada sabiq polis əməkdaşı ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - FOTO
# 07 may 2023 09:41 (UTC +04:00)

Samuxda qəzada ölən şəxs sabiq polis əməkdaşı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, minik maşının hasara çırpılması zamanı dünyasını dəyişən Elmar Əsgərov Samux Rayon Polis Şöbəsində çalışıbmış.

O, bir müddət əvvəl təqaüdə çıxıb.

***

saat 09.32

Samuxda qəza nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Elmar Əsgərov hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.

***

saat 07.43

Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə qəza düşənlər toydan qaydırmış. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR