Bank Of Baku

Saray qəsəbəsində 35 yaşlı kişi qətlə yetirilib, qayınatası könüllü təslim olub - YENİLƏNİB-1

Saray qəsəbəsində 35 yaşlı kişi qətlə yetirilib,  qayınatası könüllü təslim olub - YENİLƏNİB-1
# 18 yanvar 2024 17:23 (UTC +04:00)

Abşeron rayonunda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

15.55

Saray qəsəbəsində 35 yaşlı kişinin qətlinə görə cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Araşdırma aparılır.

***

15.46

Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR