Bank Of Baku

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri dələduzluğa görə həbs edilib

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri dələduzluğa görə həbs edilib
# 13 mart 2025 13:19 (UTC +04:00)

Şəkidə məmur saxlanılıb.

APA-nın xəbərinə görə, Şəki şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov dələduzluqda ittiham olunur.

Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

T. Məmmədov şəhid ailələrinə qarşı dələduzluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Şəki Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı məlumat açıqlayıb. Bildirilib ki, KİV-də Şəki Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədovun həbs olunması ilə bağlı məlumatlar yanlışdır:

"Tural Məmmədov 3 fevral 2025-ci il tarixdə tutduğu vəzifəsindən azad edildikdən sonra törətdiyi əməllərə görə həbs edilib. Onun Şəki Şəhər İcra Hakimiyyəti ilə hər hansı bağlılığı yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR