Şəki sakini cərəyanvurmadan ölüb - VİDEO

Şəki sakini cərəyanvurmadan ölüb - VİDEO
# 11 sentyabr 2022 20:19 (UTC +04:00)

Şəkidə 29 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 18 radələrində rayonun Baş Zəyzid kənd ərazisində baş verib.

Baş Zəyzid kənd sakini, 1993-cü ildə anadan olmuş Azər Seyidməmmədov elektrik dirəyində iş aparan zaman onu elektrik cəryanı vurub. A.Seyidməmmədov aldığı ağır elektrik şokundan hadisə yerində ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR