Bank Of Baku

Şəkidə 23 hektar taxıl sahəsi yanıb

Şəkidə 23 hektar taxıl sahəsi yanıb
# 14 iyul 2026 06:56 (UTC +04:00)

Şəkidə açıq ərazidə yanğın baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.

Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR