Şəkidə cibgirlik edən keçmiş məhkum saxlanılıb

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 26 avqust 2021 11:08 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR