Bank Of Baku

Şəkidə iki maşın toqquşub, xəsarət alan var

Şəkidə iki maşın toqquşub, xəsarət alan var
# 06 may 2023 14:51 (UTC +04:00)

Şəki şəhərində yol qəzası olub.

APA-nın xəbərinə görə, rayonun Baş Zəyzid kənd sakini Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” və Kiçik Dəhnə kənd sakini İlham Səmədovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR