Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O. Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, O.Quliyevə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, aprelin 25-də saat 03:15 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 1993-cü il təvəllüdlü şəxs (kişi cinsi) başın sol gicgah nahiyəsinin 2 ədəd kəsib keçən, sol əlin bazu hissəsinin, sol kürək nahiyəsinin sol əlin 5-ci barmağın kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.