Bank Of Baku

Şəmkir sakini keçmiş arvadını bıçaqlayıb

Şəmkir sakini keçmiş arvadını bıçaqlayıb
# 19 aprel 2023 18:46 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini olan kişinin keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Qadın xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR