Şəmkirdə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakinləri 1973-cü il təvəllüdlü S. İsmayılovla həmkəndlisi 1959-cu il təvəllüdlü A. Mahmudovun arasında mübahisə yaranıb mübahisə yaranıb. Mübahisə zamanı S. İsmayılov A. Mahmudovu bıçaqlayaq qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S. İsmayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.