Bank Of Baku

Şəmkir sakinində narkotik və silah aşkar edilib - VİDEO

Şəmkir sakinində narkotik və silah aşkar edilib - VİDEO
# 02 sentyabr 2022 09:41 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Zakir Əmiraslanov saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z. Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR