Bank Of Baku

Şəmkirdə 23 yaşlı oğlan bıçaqlanıb, yeniyetmə saxlanılıb

Şəmkirdə 23 yaşlı oğlan bıçaqlanıb, yeniyetmə saxlanılıb
# 04 iyul 2025 10:13 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü K.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirililib və əməliyyat edilib.

Məlumata görə, K Abbasovu aralarında baş verən münaqişə zamanı 2011-ci il təvəllüdlü A.A. bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Fakt araşdırlır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 3-də saat 22:55 radələrində 2002-ci il təvəllüdlü şəxs ( kişi cinsi) sol çiyin nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının yan divarının periton və plevra boşluqlarına nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks, diafraqmanın yaralanması diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq əməliyyat edilib. Əməliyyatdan sonra xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR