Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, kənd sakini,1996-cı il təvəllüdlü İ.Nərimanlı yaşadığı ünvanda elektrik naqillərini təmir edərkən cərəyan vurub. O, hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş veridiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.