Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1964 cü il təvəllüdlü Elman Hüseynovu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.