Bank Of Baku

Şəmkirdə 6 otaqlı ev yanıb - FOTO

Şəmkirdə 6 otaqlı ev yanıb - FOTO
# 30 iyun 2025 12:48 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Kənd sakininə məxsus fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı FHN də məlumat yayıb. Bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR