Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki, kənd sakinlərindən birinə məxsus 200 kv/metr olan fərdi yaşayış evində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Məlumata görə 200 kv/metrlik evin 55 kv/metri əşiyaları ilə birlikdə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.