Bank Of Baku

Şəmkirdə sement daşıyan yük maşını betona çırpılıb, xəsarət alan var

Şəmkirdə sement daşıyan yük maşını betona çırpılıb, xəsarət alan var
# 05 avqust 2026 09:15 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "DAF" markalı sement daşıyan (yük) avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.

Hadisə nəticəsində, "DAF" markalı avtomobil deformasiyaya uğrayıb,

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Ərazidə baş verə biləcək yağın hadisənin qarşısını almaq məqsədilə tədbirlər görülüb.

Avtomobilin betona çırpılması zamanı sürücü 62 yaşlı S.Verdiyev xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə "DAF"markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR