Bank Of Baku

Britaniya həbsxanalarda yer çatışmazlığına görə məhbusları vaxtından əvvəl azad etməyə davam edəcək

Britaniya həbsxanalarda yer çatışmazlığına görə məhbusları vaxtından əvvəl azad etməyə davam edəcək
# 05 avqust 2026 02:34 (UTC +04:00)

Böyük Britaniya hökuməti həbsxanalarda yer çatışmazlığı səbəbilə məhbusların vaxtından əvvəl azad olunması proqramını davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Baş nazir Endi Börnhem məlumat verib.

O bildirib ki, zorlama və uşaqlara qarşı ağır cinayətlərə görə məhkum olunan şəxslər bu proqramdan kənarda qalacaqlar.

Onun sözlərinə görə, penitensiar sistem demək olar ki, imkanlarının son həddinə çatıb və yeni cinayətkarların vaxtında həbs olunmaması riski yaranıb.

Baş nazir qeyd edib ki, vaxtından əvvəl azad edilən məhbusların qurbanlarının narahatlığını başa düşür. Lakin o vurğulayıb ki, proqram dayandırılarsa, polis saxlamaları həyata keçirə, məhkəmələr isə yeni məhkumları həbsxanaya göndərə bilməyəcək və nəticədə ölkənin ədliyyə sistemi iflic vəziyyətinə düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR