Bank Of Baku

Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb

Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
# 05 avqust 2026 06:31 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.

APA xəbər verir ki, polis hadisənin avqustun 2-də, Trampın ştata səfərindən iki gün əvvəl baş verdiyini bildirib.

Mülki geyimdə olan federal agentlər 38 yaşlı Janin Con Teleni qolf meydançasının ərazisində gəzərkən, foto və video çəkərkən, təhlükəsizlik hazırlıqlarını izlədiyini müəyyən edərək saxlayıblar.

Onun üzərindən patron darağı, avtomobilindən doldurulmuş tapança və sursat, evindən isə silah, zirehli jilet və narahatedici qeydlər olan dəftərlər aşkarlanıb.

Şübhəlinin saxlanıldığı vaxt artıq quldurluq işi üzrə istintaqa cəlb olunduğu bildirilib. Tramp isə hadisədən iki gün sonra Kaliforniyaya səfər edərək qolf klubuna gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR