Bank Of Baku

Şəmkirdə təmir sexində yanğın olub, 5 avtomobil yanıb - FOTO - YENİLƏNİB

Şəmkirdə təmir sexində yanğın olub, 5 avtomobil yanıb - FOTO  - YENİLƏNİB
# 20 aprel 2023 19:11 (UTC +04:00)

Şəmkir rayonunun H.Cavid küçəsində baş vermiş yanğın zamanı ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtomobil təmiri sexi, bitişik ümumi sahəsi 50 kv.m olan avtomobil ehtiyatı hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı sexdə təmirə dayanmış "TOYOTA PİRUS" markalı 77-KA-340 dövlət qeydiyyat nişanlı, "MERCEDES" markalı, 20-BU-283 dövlət qeydiyyat nişanlı, "MOСКВИЧ" markalı 57-BY-623 dövlət qeydiyyat nişanlı ," VAZ-21014" markalı 90-NA-914 dövlət qeydiyyat nişanlı, "BRİLLİANCE" 90-CX-095 dövlət qeydiyyat nişanlı minik avtomobillərinin də yanar hissələri yanıb.

Yaxınlıqdakı qazdoldurma məntəqəsi və 3 ədəd avtomobil yanğından mühafizə olunub.

***

18:34

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın rayonda yerləşən avtomobil təmiri sexində olub. Sexdə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 5 minik avtomobili yanıb, qalan maşınlar mühafizə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR