Şəmkirdə yanğın olub, bir nəfər xəsarət alıb

Şəmkirdə yanğın olub, bir nəfər xəsarət alıb
# 23 may 2025 10:49 (UTC +04:00)

Şəmkir rayonunun Yeniabad kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğında tüstüdən zəhərlənən 1992-ci il təvəllüdlü Ş.Zamanova tibbi yardım briqadası tərəfindən yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR