Şəmkir rayonunda yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik maşını “Priora” markalı avtomobillə toqquşub. Qəza zamanı 2 nəfər 2002-ci il təvəllüdlü Abdulayev Xəlil və 1966-cı il təvəllüdlü Vəliyev Həşim yüngül xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.