İyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
***
11.49
Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Həqiqət İsmayılova ölüb. Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Şəbnəm Huseynova xəsarət alıb.
Məlumata görə, qəzada ölən H.İsmayılova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin təsviri incəsənət müəllimi olub. Xəsarət alan Şəbnəm Hüseynova isə həmin məktəbin rus dili müəllimidir.
***
10.34
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.