Bank Of Baku

Şərurda qaya uçqunu olub - FOTO

Şərurda qaya uçqunu olub - FOTO
# 05 iyun 2025 12:32 (UTC +04:00)

Şərur rayonunun Havuş kənd yolunda qaya uçqunu baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu qeydə alınıb. İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub, qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb. Yolda təhlükəsizlik təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR