Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.
Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.
Faktla bağlı şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri görülür.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 5-də 23:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxansının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Digər pasiyent (qadın cinsli) isə qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.