Özünü Kür çayına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
APA-nın yerli bürosu xəbər verir ki, o, Şirvan sakini, 1982-ci il təvəllüdlü Hüseynov Səyyad Ağasəf oğludur.
***
11:14
Şirvanda öznü Kür çayına ataraq intihar edən şəxsin meyiti batdığı yerdən 3 km aralıdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
APA-nın yerli bürosu xəbər verir ki, həmin şəxsin kimliyi hələlik müəyyən edilməyib.
***
3 sentyabr 12:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
11:24
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.
Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.