Sumqayıtda 18 yaşlı oğlan itkin düşüb.
Bu barədə APA-ya itkin düşən şəxsin ailə üzvləri məlumat verib.
Bildirilib ki, 2004-cü il təvəllüdlü Tural Əliyev mayın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən APA-ya bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır, Tural Əliyevin axtarışları davam edir.
Aysel Şahmar