Bank Of Baku

Sumqayıtda avtomobil 3 piyadanı vurub

Sumqayıtda avtomobil 3 piyadanı vurub
# 18 aprel 2023 19:26 (UTC +04:00)

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayonundakı Məhəmməd Əsədov küçəsində baş verib.

Belə ki, "OPEL" markalı avtomobil 3 piyadanı vurub. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlardan 2 nəfəri ağır dərəcəli xəsarət alıblar.

Xəsarət alan şəxslərin Nəsibov Azər Alı oğlu (1984-cü il), Nəsibova Məsmə Etibar qızı (1982-ci il) və Babayeva Mehriban Vaysəddin qızı olduğu bildirilir.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Əli Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR