Bank Of Baku

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO - YENİLƏNİB

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO  - YENİLƏNİB
# 16 aprel 2025 10:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

09.22

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb.

APA xəbər verir ki, hadisə "Jalə-94" ticarət mərkəzində qeydə alınıb.

Əraziyə FHN əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR