Sumqayıtda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib
# 22 may 2025 09:02 (UTC +04:00)

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR