Sumqayıtda zavodda partlayış olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Sumqayıtda zavodda partlayış olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
# 20 may 2025 13:37 (UTC +04:00)

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.

***

13.24

Sumqayıtda zavodda partlayış olub.

APA xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Xəsarət alanların 3 nəfər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR