Suraxanı rayonunda iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.
DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 5-də saat 7 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülçöhrə Xudaverdiyevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın yanvarın 6-da orada ölüb. Suraxanı RPİ-də araşdırma aparılır.