Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır
Bu barədə APA-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerindən Kliniki Tibbi Mərkəzə 34 yaşında bir nəfər yaralı gətirilib. Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən həmin şəxs hazırda Mərkəzin reanimasiya şöbəsindədir:
"Vəziyyəti olduqca ağır qiymətləndirilir və cərrahi əməliyyat planlaşdırılır".
***
10:34
Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.
APA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilir.
Məlumata görə, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.