Paşha Bank
Bank Of Baku

Tərtərdə yanğın törədərək ər-arvadı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tərtərdə yanğın törədərək ər-arvadı öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 06 noyabr 2026 17:08 (UTC +04:00)

Tərtər rayonunda iki nəfəri öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari il avqustun 6-da Tərtər şəhəri Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinin yanması və həmin evdə yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və əri 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitlərinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq Adilə Hüseynova və Əsgər Səmədovun yaşadıqları mənzilə daxil olaraq kəsici alətlə onlara xəsarət yetirdiyi, evdən külli miqdarda pul vəsaitini taladığı, habelə cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandırmaqla onları xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR