Tovuz sakini dava zamanı xəsarət alıb.
APA-nın yerli bürosunun məlmatına görə, hadisə çayxanada qeydə alınıb. 1988-ci il təvəllüdlü E.Nağıyev baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yeləşdirilib.
Məlumata görə, xəsarət alan E.Nağıyev çayxanada işləyən qadınla mübahisə edib. Mübahisə zamanı qadın stəkanla onun başına vurub.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, mayın 15-də saat 19:10 radələrində 1988-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: "Təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilb və ilk cərrahi müdaxilə edilib. Daha sonra Cərrahiyyə söbəsinə köçürülüb.
Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir".