Tovuzda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. 1973-cu il təvəllüdlü V.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat zamanı ölüb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçidikləri müvafiq tədbirlər nəticəsində V. Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 27-də saat 23:55 radələrində xəsarət alan 1973-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən tədbirlərə baxmayaraq, 28 iyul saat 00:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb.