Bank Of Baku

Tovuzda 65 yaşlı qadın qətlə yetirilib, qardaşı oğlu tutulub- YENİLƏNİB - FOTO

Tovuzda 65 yaşlı qadın qətlə yetirilib, qardaşı oğlu tutulub- YENİLƏNİB  - FOTO
# 07 avqust 2026 13:42 (UTC +04:00)

Tovuzda güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü M.İsayeva olduğu bildirilir.

İlkin məlumata görə, qətl onun qardaşı oğlu - 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən törədilib.

APA-nın əldə etdiyi məlumata görə, onlar fermada birgə yaşayıblar. Qətl aralarında yaranan mübahisə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***

13.25

Tovuzda güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən şəxs qadındır, qohumu qətli törətməkdə şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR