İran və Oman arasında Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmanın əsas prinsipləri razılaşdırılıb.
APA xəbər verir ki, bu barədə "MS Now" telekanalı danışıqlardan məlumatlı iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Oman müvəqqəti razılaşmanı qəbul edib.
Adı açıqlanmayan İran rəsmisinin sözlərinə görə, razılaşma çərçivəsində Hörmüz boğazında İranın nəzarət edəcəyi yeni giriş marşrutu və Omanın nəzarətində olacaq çıxış marşrutu yaradılacaq.
İranlı rəsmi bildirib ki, hazırkı mərhələdə gəmilərdən boğazdan keçidə görə rüsum və ya ödəniş alınmayacaq.
Mənbənin sözlərinə görə, razılaşmanın rəsmi elanında ABŞ və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) da iştirak edəcək. Lakin bunun nə vaxt baş tutacağı hələ açıqlanmayıb.